Hal hazırda COVID-19-dan qorunmaq üçün peyvənd yoxdur. İnfeksiyanın qarşısını almağın ən yaxşı yolu, xəstə insanlarla yaxın təmas qurmamaq və əllərinizi tez-tez yumaq kimi gündəlik profilaktik tədbirlər görməkdir.

COVID-19 halları üçün hazırda hər hansı xüsusi virus əleyhinə müalicə yoxdur. Belə ki, bir çox digər virus infeksiyaları kimi (məs., qrip, soyuqdəymə) COVİD-19 xəstəliyi insanların əksəriyyətində yüngül keçir və xüsusi müalicə tələb etmir. Müalicə tədbirləri əsasən simptomatikdir, yəni xəstəliyin simptomlarına qarşı yönəlir. Məsələn, hərarətin aşağı salınması üçün həblər, öskürək zamanı siroplar və ya boğaz ağrısında spreylər istifadə edilir.