COVİD-19 ilə bağlı tibb müəssisələrində infeksion nəzarətin təşkili

Rəhbərlikdə yer alan məlumatlar toplusu COVID-19 xəstəliyi, törədicisi, yoluxma yolları, xəstəliyin təsdiqi və diaqnostik metodlar haqqında məlumat vermək; COVID-19 ilə xəstələnmiş və ya təmasda olan şəxs ilə rastlaşdıqda xəstənin təqib strategiyası və tətbiq formaları haqqında yol göstərmək məqsədilə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün tibb işçiləri üçün hazırlanmışdır. COVID-19 xəstəliyinə dair hazırlanmış “COVID-19 Xəstəliyi – Tibbi İşçiləri üçün Rəhbərlik” ÜST-nin yenilənmələri əsasında yenilənəcəkdir.