Koronavirus infeksiyası və onun törətdiyi xəstəliklə bağlı (COVİD-19) səhiyyə işçilərinin məlumatlığı hər gün artmaqdadır. Alimlərin əldə etdikləri məlumatlar və çoxsaylı ölkələrdə fəaliyyət göstərən tibb işçilərinin təcrübəsi mütəmadi olaraq təhlil edilir, onların nəticəsində müvəqqəti və ya daimi tövsiyələr və təlimatlar hazırlanır. Burada koronavirus və COVİD-19 xəstəliyi ilə bağlı hər birimizi maraqlandıran suallara cavablar verilib. Məlumatlar davamlı olaraq yeniləndiyi üçün bu bölməyə vaxtaşırı baş çəkməyiniz tövsiyə olunur.

Koronaviruslar insan və ya heyvanlar arasında yayıldığı sübut edilmiş patogen xüsusiyyətləri olan geniş viruslar ailəsidir. Məlumdur ki, bir sıra koronaviruslar insanlarda adi soyuqdəymədən tutmuş daha ciddi xəstəliklərə qədər, məsələn Yaxın Şərq Tənəffüs Sindromu (MERS) və Ağır Kəskin Tənəffüs Sindromu (SARS) kimi respirator infeksiyalara səbəb ola bilər. Bu yaxınlarda aşkar edilmiş koronavirusların sonuncusu COVID-19 xəstəliyinə səbəb olur.
COVID-19 – koronavirusların son zamanlarda aşkar edilmiş yeni növünün səbəb olduğu infeksion xəstəlikdir. 2019-cu ilin dekabr ayında Çinin Vuhan şəhərində infeksiya yaranmazdan əvvəl yeni virus və xəstəlik haqqında heç nə məlum deyildi.
COVID-19 virusunun geniş yayılmış əlamətləri qızdırma, halsızlıq və quru öskürək hesab olunur. Bir çox xəstələrdə müxtəlif ağrılar: burun tutulması, burun axması, faringit və ya ishal ola bilər. Adətən bu əlamətlər tədricən inkişaf edir və yüngül xarakter daşıyır. Virusa yoluxmuş bəzi şəxslərdə heç bir əlamətlər və ya özünü pis hiss etmə halı müşahidə olunmur. Əksər insanlarda (təxminən 80%) xəstəlik xüsusi müalicə tələb olunmadan, sağalma ilə başa çatır. Ancaq COVID-19-a yoluxmada altı haldan birində tənəffüs çatışmazlığının inkişafı ilə ciddi simptomlar meydana gəlir. Yaşlı insanlarda, eləcə də arterial hipertenziya, ürək və ya diabet kimi xəstəliyi olan insanlarda infeksiyanın ağır keçmə ehtimalı daha yüksəkdir. Ölümlə nəticələnən hallar təxminən 2% təşkil edir.
Yeni koronavirus infeksiyası ilə digər kəskin respirator virus infeksiyalarının klinik əlamətləri çox oxşardır. Xüsusən xəstəliyin başlanğıcında rast gələn əlamətlərə görə bunları bir-birindən ayırmaq olduqca çətindir. Ona görə də özündə hərarətin yüksəlməsi, ümumi zəiflik, əzkinlik, quru öskürək, boğaz ağrısı və s. kimi əlamətlər olan şəxs birinci növbədə özünü evdə təcrid etməli, ailə üzvləri ilə bərabər maskadan istifadə etməli, həmçinin yaşadığı ərazi üzrə telefonla poliklinikaya müraciət etməlidir. İlk günlərdən xəstənin həkim nəzarətində olması daha düzgün sayılır. Bakı şəhəri üzrə fəaliyyət göstərən 814 Çağrı Mərkəzi COVID-19 virusuna yoluxma şübhəsi olan vətəndaşları dislokasiyaları üzrə məntəqələrə yönəldir, koronavirusla bağlı həkim məsləhətinə ehtiyacı olanlara yaşadıqları əraziyə aid olduğu tibb müəssisəsi barədə məlumat verir və vətəndaşların sahə həkimləri ilə əlaqələrini təmin edir. Ağır simptomlu, 38 və daha yüksək dərəcəli hərarəti olan vətəndaşlar 103 (Bakı daxili) və ya 113 (Bakıdan kənar) Təcili tibbi yardım nömrələrinə zəng edə bilərlər.
2019 nCoV xəstəliyinə yoluxmuş insan asanlıqla bu xəstəliyi başqasına yoluxdura bilər.COVID 19 virusuna yoluxmuş şəxsin asqırması və ya öskürməsi zamanı ağız və burun boşluğundan havaya buraxılan kiçik damcılar vasitəsilə virus yayılaraq digər insanlara keçə bilər. Bu damcının başqasının nəfəs yoluna düşməsi nəticəsində baş verir. Eyni zamanda bu damcılar ətrafda yerləşən əşyalara və səthlərə düşür. İnsanlar həmin əşyalara və ya səthlərə toxunduqdan sonra gözə, burun və ya ağıza toxunaraq virusa yoluxa bilərlər. Bu səbəbdən xəstələnmiş şəxslə 1 metrdən artıq məsafə saxlamaq və üz nahiyəsinə toxunmazdan əvvəl əlləri yumaq çox vacibdir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 virusunun yayılması yolları ilə bağlı tədqiqatın gedişatını izləyir və bu barədə məlumat yeniləndikcə ictimaiyyətə açıqlama verəcək.
Mövcud elmi məlumatlara əsasən, asqırma və ya öskürmə zamanı tənəffüs yollarından havaya buraxılan kiçik damcılarla təmas nəticəsində virusun ötürülməsi hava ilə müqayisədə daha əhəmiyyətli faktor hesab edilir. Bundan əvvəlki “Virus necə yayılır?” sualının cavabına baxın.
İnkubasiya dövrü – yoluxmadan əvvəl xəstəliyin kliniki əlamətlərinin yaranmasına qədər olan dövrdür. Bir çox hesablamalara görə COVID 19 virusunun inkubasiya dövrü 1-14 gün arası davam edir və ən çox hallarda bu dövr təxminən 5 gün təşkil edir.
Virus əsasən öskürmə və ya asqırma zamanı tənəffüs yollarından havaya buraxılan kiçik damcılarla yayılır. Heç bir xəstəlik əlaməti olmayan insandan yoluxma riski olduqca aşağıdır. Digər tərəfdən bir çox insanlarda COVID-19 virusunun əlamətləri özünü çox zəif büruzə verir. Bu əsasən xəstəliyin erkən mərhələsinə aiddir. Beləliklə özünü xəstə hiss etməyən və yüngül öskürəyi olan insandan COVID-19 virusunun ötürülməsi riski mövcuddur. ÜST xəstələnmiş insanın başqalarını yoluxdura biləcəyi müddətlə bağlı tədqiqatın gedişatını izləyir və bu barədə məlumat yeniləndikcə ictimaiyyətə açıqlama verəcək.
Xəstəliyə yoluxmuş insanın nəcisindən 2019-nCoV xəstəliyinə tutulma riski aşağı hesab olunur. İlkin tədqiqatlara əsasən bir sıra hallarda virus nəcisdə aşkarlana bilər lakin hazırda xəstəliyin yayılmasında bu faktor əsas rol oynamır. Bu riski tamamilə sıfıra endirmək də olmaz, bu bir daha onu təsdiq edir ki, ayaqyolundan istifadə etdikdən sonra və qida qəbul etməzdən əvvəl əllərin müntəzəm olaraq yuyulması vacibdir. ÜST COVID-19-un yayılması ilə bağlı davam edən tədqiqatların nəticələrini öyrənir və məlumatlar yeniləndikcə ictimaiyyətlə açıqlama verəcək.
Risk dərəcəsi yaşadığınız bölgəyə və yaxın zamanlarda səfər etdiyiniz yerlərin coğrafiyasına əsasən müəyyən edilir. COVİD-19 virusunun çoxlu sayda yayıldığı bölgədə yoluxma riski daha yüksəkdir. Əgər COVID 19 virusunun yayıldığı bölgədəsinizsə, virusa yoluxma ehtimalına çox ciddi yanaşın. Mərkəzi və yerli səhiyyə orqanlarının göstərişlərinə əməl edin.

Hər kəs üçün fərdi qorunma tədbirləri

ÜST, Nazirlər Kabineti, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi saytlarından COVID-19 virusu ilə bağlı aktual olan məlumatları izləyə bilərsiniz.

Aşağıdakı qaydalara riayət etməklə özünüzün və ətrafınızdakı insanların sağlamlığını qoruya bilərsiniz:

• Əllərinizi sabunla yuyun və ya müntəzəm olaraq spirt tərkibli təmizləyici istifadə edin!

Bu nəyə görə lazımdır? Əllər spirt tərkibli təmizləyici və ya sabunla yuyulduqda əlin səthində yaranmış virus məhv olur.

• Öskürən və asqıran insanlarla aranızda ən azı 1 metr məsafə saxlayın!

Bu nəyə görə lazımdır? Asqırma və ya öskürmə zamanı burun və ya ağızdan havaya buraxılan kiçik damcılar ətrafa yayılır. Həmin adama çox yaxın dayanmaqla siz bu damcıları hava yolu ilə qəbul etmək və virusa yoluxmaq riski ilə üzləşirsiniz. Həmin şəxs COVID-19 virusunun daşıyıcısıdırsa koronavirus infeksiyasına yoluxma riski mövcuddur.

• Mümkün olduğu qədər əlinizlə gözlərinizə, burnunuza və ağzınıza toxunmayın.

Bu nəyə görə lazımdır? Əllər virusun düşə biləcəyi bir çox səthə toxunur. Virus əllərə keçdikdə gözlərə, buruna və ya ağıza düşə bilər. Oradan virus orqanizmə daxil olaraq xəstəliyə səbəb ola bilər.

• Özünüzün və ətrafınızdakı insanların respirator gigiyena qaydalarına ciddi əməl etməsi mütləqdir. Bundan ötrü öskürərkən və ya asqırarkən ağız və ya burnunuzu dirsək bükümünüzlə və ya salfetlə örtün. İstifadə olunmuş salfeti dərhal atın.

Bu nəyə görə lazımdır? Virus kiçik damcılar vasitəsilə yayılır. Respirator gigiyena qaydalarına ciddi riayət etməklə siz ətrafınızdakı insanları KRVİ (kəskin respirator virus infeksiyaları), qrip və COVID-19 kimi virus xəstəliklərdən qoruya bilərsiniz.

• Özünüzü pis hiss edirsinizsə, evdə qalın. Qızdırma, öskürək və ya nəfəs almaqda çətinlik çəkirsinizsə, ən qısa müddətdə həkimə müraciət edin. Yerli səhiyyə orqanlarının göstərişlərinə əməl edin.

Bu nəyə görə lazımdır? Mərkəzi və yerli səhiyyə orqanları yaşadığınız bölgədəki vəziyyətlə bağlı ən son məlumatlara malikdirlər. Vaxtında tibbi yardım üçün müraciət etdikdə tibb mütəxəssisləri operativ olaraq sizi müvafiq tibb müəssisəsinə yönəldəcəklər. Bununla da siz həm öz təhlükəsizliyinizi təmin etmiş, həm də virus və digər infeksiyaların yayılmasının qarşısını almış olursunuz.

• COVID 19-la bağlı aktual məlumatları izləyin. Mütəxəssislərin, mərkəzi və yerli səhiyyə orqanlarının tövsiyələrini icra edin.

Bu nəyə görə lazımdır? Mərkəzi və yerli səhiyyə orqanları yaşadığınız bölgədə COVID 19 virusunun dinamikası haqqında ən aktual məlumatlara malikdirlər. Onlar bölgənizin sakinləri üçün fərdi qorunma tədbirləri ilə bağlı sizə ən uyğun tövsiyələri verə bilərlər.
Xeyr. Antibiotiklər virusa təsir etmir, onlar yalnız bakterial infeksiyalara qarşı təsirlidir. COVID 19 virus təbiətli olduğundan antibiotiklər qeyri-effektivdir. COVID 19-un profilaktikası və müalicəsi üçün antibiotiklərdən istifadə etmək olmaz. Onlardan istifadəyə yalnız həkimin göstərişi əsasında bakterial infeksiyanın müalicəsi üçün yol verilir. Yoluxma şübhəsi olan vətəndaş evdə özbaşına xəstəliyin simptomlarını azaltmaq üçün lüzumsuz olaraq güclü, genişspektrli antibiotiklərdən istifadə etdikdə bu, xəstəliyin ağırlaşmasına gətirib çıxarır. Əgər həmin xəstə ağırlaşmış vəziyyətdə xəstəxanaya düşürsə, həkim onun ağırlaşmış vəziyyətini və yanaşı bakterial infeksiyasını müalicə etmək məqsədilə antibiotik seçimi qarşısında qalır. Həkim hansı antibiotikin istifadə edilməsinə qərar verməyə çətinlik çəkir, çünki orqanizmdə həmin antibiotiklərə qarşı rezistentlik yaranmış olur. Vətəndaşlara evlərindəki dərman qutularına antibiotikləri əlavə etməmələrini tövsiyə edərdik. Antibiotiklər yalnız həkim tərəfindən təyin olunmalı, özbaşına istifadə olunmamalıdır.
- Bəli, artıq dünyada COVID-19 xəstəliyi əleyhinə peyvəndlərin tətbiqinə başlanılıb. Hazırda bir çox ölkələrdə, o cümlədən Azərbaycanda COVID-19 xəstəliyinə qarşı peyvəndləmə həyata keçirilir. Xəstəliyə qarşı xüsusi təsiri olan dərman preparatlarının tapılması istiqamətində tədbirlər görülür. Həyati vacib funksiyaları dəstəkləməyə yönəlmiş terapevtik tədbirlər sayəsində xəstələrin əksəriyyəti sağalır. COVID 19-un profilaktikası və müalicəsi üçün peyvənd və dərman vasitələrinin işlənib hazırlanması səylərini ÜST əlaqələndirir. Əllərin tez-tez yuyulması, öskürərkən burnu və ya ağızı dirsək bükümü ilə və ya salfetlə örtmək, asqıran və öskürən insanlarla 2 metrdən artıq məsafə saxlamaq özünüzün və ətrafda olan insanların sağlamlığını qorumaq üçün ən effektiv tədbirlər sırasındadır.
Xeyr. COVID-19-un və Şiddətli Kəskin Respirator Sindromunun (SARS) törədiciləri arasında genetik oxşarlıq olsa da bunlar fərqli viruslardır. SARS-CoV xəstəliyinin ölümlə nəticələnməsi yüksək olsa da, SARS COVID-19-la müqayisədə daha az yoluxucudur. 2003-cü ildən dünyada SARS-ın heç bir yayılma halı qeydə alınmayıb.
Vətəndaşlar ictimai yerlərdə (o cümlədən açıq havada) tibbi maska taxmalı, sosial məsafəni, gigiyena qaydalarını qorumalı və dezinfeksiyaedici vasitələrdən istifadə etməli, həmçinin, sıxlıq olan yerləri ziyarət etməməyə çalışmalıdırlar. Tibb işçilərinin və pasiyentlərə qulluq edən (evdə və ya tibb müəssisəsində) şəxslərin maskalardan istifadəsi mütləqdir. Maskanı necə taxmaq, istifadə etmək, çıxartmaq və utilizasiya etmək lazımdır?
1. Maskanı götürməzdən əvvəl əllərinizi spirt tərkibli vasitə ilə təmizləyin və ya sabunla yuyun.

2. Cırıqların olmamasına əmin olmaq üçün maskanı diqqətlə yoxlayın.

3. Maskada metal sim var. Sim olan hissəni yuxarı istiqamətdə taxın.

4. Maskanı elə tutun ki, parlaq rəngli tərəfi çölə tərəf baxsın.

5. Maskanı üzünüzə taxın. Metal simi və ya sıxacı burun formasına uyğun əyin.

6. Ağzın və çənənin örtülməsi üçün maskanın aşağı kənarından dartın.

7. İstifadə etdikdən sonra maskanı çıxardın. Maskanın elastik iplərindən tutun. Onu üzünüzə və ya geyiminizə toxundurmayın, çünki istifadə edilmiş maska mikroorqanizmlərlə çirklənə bilər.

8. İstifadə etdikdən sonra maskanı qapalı zibil qutusuna atın.

9. Maskaya toxunduqdan sonra və ya onu tulladıqdan sonra əllərinizin gigiyenik təmizlənməsini həyata keçirin, əllər vizual olaraq çirkli göründükdə onları sabunla yuyun.
Koronaviruslar geniş virus ailəsini təşkil edir və heyvanlar arasında geniş yayılıb. İnsanların bu viruslara yoluxduqdan sonra digər insanları yoluxdurması nadir hallarda baş verir. Məsələn, insanların sivetlərdən SARS-KoV və birhürgüclü dəvələrdən Yaxın Şərq Tənəffüs Sindromuna (MERS) yoluxma faktı müəyyən olunub. Heyvanlar arasında COVID-19 virusunun potensial mənbəsinin olması hələ müəyyən olunmayıb. Fərdi qorunma tədbirləri kimi heyvanların satıldığı bazara gedərkən heyvanlarla birbaşa təmasdan çəkinmək, həmçinin onların toxunduğu səthlərə əl vurmamaq lazımdır. Qida məhsullarının təhlükəsizliyinin təmin olunması ilə bağlı qaydalara ciddi riayət etmək lazımdır. Çiy ət, süd və heyvanın orqanlarından istifadə edərkən termik emal edilməmiş digər məhsulların çirklənməməsi üçün ehtiyatlı olmaq, həmçinin, çiy və ya yarım çiy heyvan mənşəli məhsulların istifadə edilməsindən çəkinmək lazımdır.
Xeyr. Hazırda ev heyvanları (pişik, it) arasında 2019¬nCoV xəstəliyinə yoluxma halları və ya onlar tərəfindən virusun yayılması haqqında məlumat mövcud deyil.
2019 nCoV xəstəliyi səthə düşdükdə nə qədər yaşaması hələ dəqiq müəyyən olunmayıb. Lakin ehtimal olunur ki, bu xüsusiyyətinə görə 2019 nCoV, koronovirus ailəsinin digər üzvləri ilə oxşardır. Tədqiqatlar (o cümlədən COVID-19 haqqında ilkin tədqiqatlar) göstərir ki, virus səth üzərində bir neçə saatdan bir neçə günə qədər sağ qala bilir. Virusun konkret yaşama müddəti bir sıra amillərdən (məsələn, səthin növü, havanın temperaturu və nəmişliyi) asılıdır. Əgər hər hansı səthdə virusun olması sizdə şübhə doğurursa mikroorqanizmləri məhv etmək, özünüzü və başqalarını qorumaq üçün səthi dezinfeksiyaedici vasitə ilə təmizləyin. Spirt tərkibli təmizləyicidən istifadə etməyi və ya əllərinizi sabunla yumağı unutmayın. Göz, ağız və ya burnunuza toxunmayın.
Bəli. Sifariş edilən mal vasitəsilə habelə daşınma vaxtı müxtəlif hava və temperatur şəraitinə məruz qalan bağlamadan COVID-19 virusuna yoluxma ehtimalı aşağıdır.
Aşağıda sadalananlar COVID 19-la mübarizə aparmağa KÖMƏK ETMİR və sizə zərər yetirə bilər:
• Siqaret çəkmək;

• Bir neçə maskanı üst-üstə taxmaq;

• Özünü müalicə etmək, xüsusi ilə antibiotiklərlə.