Bu bölmədə Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta Agentliyi və onun nəzdində olan TƏBİB-in və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, habelə Ümumdünya Səhiyyə Təşkilatı və digər aidiyyatı beynəlxalq və yerli təşkilatlar tərəfindən hazırlanmış və geniş əhali, o cümlədən əhalinin xüsusi qrupları (məsələn, şagirdlər, tələbələr, valideynlər, müəllimlər, reproduktiv yaşda olan qadınlar, pasiyentlər və s.) üçün nəzərdə tutulmuş maarifləndirici materialları yerləşdirilib.
Materiallarda koronavirus infeksiyası və ondan qorunma tədbirləri, infeksiyanın yayılmasının profilaktikası yolları, habelə müxtəlif əhali qrupları üçün nəzərdə tutulmuş faydalı, sübuta əsaslanan məlumatlar əks olunub.
Koronavirusla mübarizə tədbirləri çərçivəsində aparılan davamlı kommunikasiya kampaniyası zamanı burada yerləşdirilmiş maarifləndirici materiallardan (bukletlər, plakatlar, broşürlər, vərəqələr, təqvimlər və s.) istifadə tövsiyə olunur.