COVİD-19 ilə bağlı tibb müəssisələrində infeksion nəzarətin təşkili

Bu bölmədə Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən hazırlanmış klinik təlimat və tövsiyələr COVİD19 xəstəliyi olan şəxslərin müayinə və müalicəsinə həsr edilib. Klinik təlimat və tövsiyələr Ümumdünya Səhiyyə Təşkilatı və ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin verdiyi tövsiyələrə əsasən hazırlanıb.

TƏBİB tərəfindən hazırlanmış rəhbərlikdə yer alan məlumatlar toplusu COVID-19 xəstəliyi, törədicisi, yoluxma yolları, xəstəliyin təsdiqi və diaqnostik metodlar haqqında məlumat vermək; COVID-19 ilə xəstələnmiş və ya təmasda olan şəxs ilə rastlaşdıqda xəstənin təqib strategiyası və tətbiq formaları haqqında yol göstərmək məqsədilə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün tibb işçiləri üçün hazırlanmışdır. Bu rəhbərlik ÜST tövsiyələri əsasında hazırlanmışdır. COVID-19 xəstəliyinə dair hazırlanmış “COVID-19 Xəstəliyi – Səhiyyə İşçiləri üçün Rəhbərlik” ÜST-nin yenilənmələri əsasında yenilənəcəkdir. Yenilənmiş məlumatlar İcbari Sığorta üzrə Dövlət Agentliyinin internet səhifəsində (www.its.gov.az) mütəmadi olaraq yayımlanacaqdır.

Sənədləri Yüklə

İnfeksion nəzarət üzrə tibb işçiləri və tibb müəssisələri üçün sənədlər siyahısı