Yaşadığınız ərazidə COVID-19 yayılması halına ailənizi aşağıdakı tövsiyələrə riayət etməklə hazırlaya bilərsiniz. 

  • COVID-19 və onun yerli yayılma halları haqqında məlumatları haradan tapa biləcəyinizi müəyyənləşdirin.
  • COVID-19 əlamətlərini və simptomlarını, həmçinin, onların ortaya çıxdığı zaman nə etməli olduğunuzu öyrənin:
    • Özünüzü pis hiss edirsinizsə evdə qalın
    • Həkimə getməzdən öncə gəlişinizi zəng edərək bildirin
    • Yaşadığınız ərazidə hərəkəti minimuma endirin
    • Qonaqlarınızın (ziyarətçılərinizin) sayını azaldın
  • Yüksək yoluxma riski qarşısında qalan şəxslərin hansı əlavə ehtiyat tədbirlərini həyata keçirə biləcəklərini öyrənin.
  • Xəstəliyin qarşısını almaq üçün addımlar atın (məsələn, özünüzü piss hiss etdiyiniz halda evdə qalın, əllərinizi tez-tez yuyun, asqırarkən və öskürərkən ağzınızı və burnunuzu qapayın, tez-tez toxunulan səthləri gündəlik təmizləyin).
  • Ailə üzvlərinin xəstələnməsi ilə bağlı yaxud yaşadığınız ərazidə COVID-19 səbəbindən gündəlik həyatın pozulması kimi mümkün hallara qarşı fəaliyyət planı hazırlayın.
    • İki həftəlik dərman, qida və digər zəruri məhsulların tədarükünü edin. Yemək çatdırılması yollarını araşdırın.
    • Digər şəxslərlə (ailə üzvləri, dostlar, iş yoldaşları və s.) ünsiyyət yollarını təyin edin.
    • Evdən işləmək, uşaqların qayğısına qalmaq və planlaşdırılmış tədbirlərin ləğv edilməsi halları üçün plan tərtib edin.
  • Ailə üzvlərinin iş yerləri yaxud məktəblərində mümkün təcili hallar zamanı planları barədə öyrənin.

 

Evdə sağlamlığınızı qorumaq üçün 10 tövsiyə

  1. Evdə qalmaqla işdən, məktəbdən və digər ictimai yerlərdən uzaq olun. Çölə çıxmalısınızsa, hər-hansı ictimai nəqliyyat, ortaq minik avtomobili və taksi istifadəsindən çəkinin.
  2. Simptomlarınızı diqqətlə izləyin. Simptomlarınız kəskinləşirsə, dərhal həkiminizə zəng edin və ya dövlət tərəfindən müəyyənləşdirilmiş tibb müəssisələrinə və ya təcili tibbi yardım xidmətinə müraciət edin.
  3. İstirahət edin və bol su için.
  4. Tibbi təyinatınız varsa, həkimə vaxtından əvvəl zəng vurun və COVID-19 virusuna yoluxma ehtimalınız olduğunu deyin.
  5. Təcili tibbi yardım üçün 103 və ya 113 nömrəsinə zəng edin və tibb işçilərini COVID-19 yoluxma ehtimalınız barədə məlumatlandırın.
  6. Öskürərkən və ya asqırarkən ağzınızı tutun.
  7. Əllərinizi tez-tez sabun və su ilə ən azı 20 saniyə ərzində yuyun və ya tərkibində ən azı 60% spirt olan əl təmizləyici (dezinfeksiyaedici) vasitədən istifadə edin.
  8. Mümkün qədər evdə ayrıca otaqda qalın və digər insanlardan uzaq olun. Əgər mümkünsə, ayrıca vanna otağından istifadə etməlisiniz. Evdəki və yaxud çöldəki insanların əhatəsində olmağınız vacibdirsə, bu zaman maska taxın.
  9. Şəxsi əşyaları, məsələn, qab-qacaq, dəsmal və yataq dəstlərini evinizdəki insanlarla bölüşməkdən çəkinin
  10. Masa üstü, süfrə və qapı tutğacı kimi tez-tez toxunulan bütün səthləri təmizləyin. Ev təmizləyici spreylər və ya salfetlərdən təlimatlarına uyğun istifadə edin.

 

Şəxsi qulluqla bağlı hər hansı bir əlavə sualınız varsa tibb işçisi ilə və ya yerli səhiyyə idarəsi ilə əlaqə saxlayın.

COVID-19 üçün tövsiyə olunan xüsusi antivirus müalicəsi yoxdur. COVID-19-a yoluxan insanlar simptomları yüngülləşdirmək üçün dəstəkləyici yardım almalıdırlar. Ağır hallarda, müalicəyə həyati vacib orqanların funksiyalarının dəstəklənməsi tədbirləri daxil edilməlidir.

COVID-19-a məruz qaldıqlarını düşünən insanlar dərhal tibb işçiləri ilə əlaqə saxlamalıdırlar.