Virusun yayılması
2019‑nCoV xəstəliyinə yoluxmuş insan asanlıqla bu xəstəliyi başqasına yoluxdura bilər.
COVID‑19 virusuna yoluxmuş şəxsin asqırması və ya öskürməsi zamanı ağız və burun boşluğundan havaya buraxılan kiçik damcılar vasitəsilə virus yayılaraq digər insanlara keçə bilər. Bu damcının başqasının nəfəs yoluna düşməsi nəticəsində baş verir. Eyni zamanda bu damcılar ətrafda yerləşən əşyalara və səthlərə düşür. İnsanlar həmin əşyalara və ya səthlərə toxunduqdan sonra gözə, burun və ya ağıza toxunaraq virusa yoluxa bilərlər. Bu səbəbdən xəstələnmiş şəxslə 1 metrdən artıq məsafə saxlamaq və üz nahiyəsinə toxunmazdan əvvəl əlləri yumaq çox vacibdir.

Bir şəxsdən digərinə birbaşa yoluxması
Virusun əsasən birbaşa olaraq insandan insana yoluxması ehtimal edilir.
• Bir-birinə təxminən iki metr yaxınlıqda olan insanlar arasında.
• Yoluxmuş şəxsin öskürməsi və asqırması zamanı nəfəs yollarından yayılan damcılar vasitəsilə.
Bu damcılar ətrafda olan insanların ağızlarına yaxud burunlarına düşə və buradan da ağciyərlərə düşə bilər.

Xəstə olmayan bir şəxs virusun daşıyıcısı olub onu yaya bilərmi?
• Simptomların maksimal olduğu vaxt insanların ən çox yoluxdurucu olduğu qəbul edilir.
• Bəzən virusun yoluxdurulması simptomların üzə çıxmasından əvvəl də ola bilər. Yeni koronavirusun bu cür yoluxması ilə bağlı məlumatlar olsa da, bunun virusun əsas yayılma yolu olduğu düşünülmür.

Virusun olduğu səthlər və əşyalarla kontakt nəticəsində yoluxma
COVID-19 virusunun mövcud olduğu səthlər və əşyalarla kontaktda olmaq və daha sonra ağıza, buruna və bəzi hallarda gözə toxunmaqla yoluxması istisna olunmur. Lakin, bu cür yoluxmanın əsas yoluxma yolu olmadığı qəbul olunur.

Virus hansı asanlıqla yayılır?
Virusun bir şəxdən digərinə keçməsi müxtəlif olur. Bəzi viruslar (məsələn, qızılca virusu) asanlıqla yayılır, digərləri isə yox. Başqa bir amil yayılmanın davamlı olub olmaması və yoluxmaların durmadan artmasıdır.
COVID-19 virusu ona məruz qalmış bölgələrdə asanlıqla və davamlı olaraq cəmiyyət arasında yayılır. Cəmiyyət arasında yayılma o deməkdir ki, insanlar, müəyyən bir ərazi çərçivəsində virusa yoluxublar (harda və necə yoluxmuş olduğunu bilməyən şəxslər daxil olmaqla).

Virusa yoluxma halları ən çox olan ölkələr
Son yenilənmə: 12 Mart, 2020
• Çin (səhayətlə bağlı 3-cü səviyyəli xəbərdarlıq)
• İran (səhayətlə bağlı 3-cü səviyyəli xəbərdarlıq)
• Avropanın çox hissəsi (səhayətlə bağlı 3-cü səviyyəli xəbərdarlıq)
• Cənubi Koreya (səhayətlə bağlı 3-cü səviyyəli xəbərdarlıq)