COVID-19 virusunun yayılması kimi ictimai səhiyyə sahəsində fövqəladə hallar cəmiyyət və insanlar üçün stresdir. Xəstəliklə bağlı qorxu və narahatlıq insanlara, məkanlara, əşyalara dair sosial stiqmaya gətirib çıxara bilər. Məsələn, stiqma və diskriminasiya o zaman olur ki, insanlar xəstəliyi, məsələn, COVID-19-u, əhali və ya millətlə əlaqələndirilir. Hətta həmin əhalinin və ya həmin regionun hamısında xəstəlik riski olmasa belə. Stiqma, həmçinin, COVID-19 karantini bitdikdən sonra şəxsin azad olmasından sonra, hətta o yayılma riski daşımasada yarana bilər.

Xatırlamaq vacibdir ki, Asiya mənşəli olanlar da daxil olmaqla COVID-19-a- səbəb olan virusun yayıldığı ərazidə yaşamayan, son zamanlar orada olmayan, və yaxud həmin xəstəlik diaqnozu qoyulmuş şəxlərlə təmasda olmayan insanlar digər insanlarla müqayisədə daha az risklidir. COVID-19 səbəbindən stiqmaya məruz qalan bəzi insanlar qrupuna aşağıdakılar aiddir:

• Asiya mənşəli insanlar
• Səyahət etmiş insanlar
• Fövqəladə hallar zamanı ilk müdaxilə edən və ya sağlamlıq üzrə xidmət göstərən professional insanlar.
Stiqma digər insanlara qarşı qorxu və əsəb yaratmaqla insanları narahat edir. Stiqmalı insanlar qrupu aşağdakılara məruz qala bilər.
• Sosial həyatdan uzaqlaşdırılma və ya məhrum olunma
• Səhiyyə, təhsil xidmətlərin alınmasında imtina, məişət və iş fəaliyyətdə kənarlaşdırma
• Fiziki zorakılıq.

Stiqma bu tip insanlar qrupunun və onların yaşadığı cəmiyyətin emosional və mənəvi sağlamlığına təsir edir. Hər kəs faktları bilməklə və onları cəmiyyətdə yaymaqla COVID-19-la bağlı stiqmanı dayandıra bilər. Bu cəmiyyətin və onun üzvlərinin sabitliyini qorunması üçün vacibdir.

Kommunikasiya üzrə mütəxəssislər və ictimai səhiyyə rəsmiləri COVID-19-a cavab verməklə əks-stiqmaya kömək edə bilərlər.
• Tibbi yardım üçün müraciyət edən və əlaqələrin araşdırılması prosesinin iştirakçısı olan insanların konfidensiallığını qoruyub saxlamaq
• Tez bir zamanda məhsullarla, insanlara və ərazilərlə bağlı risklərin olması və ya olmaması haqda məlumatın çatdırılması.
• COVID-19-la bağlı məlumatı qorxunu artırmadan yaymaq.
• Virusun yayılması ilə bağlı dəqiq məlumat paylaşmaq.
• Mənfi davranışların, o cümlədən mediada insanlar haqqında və ya gündəlik fəaliyyətində heç bir risk yaratmayan insanların təcridi ilə bağlı məlumatın əleyhinə çıxış etmək
• Paylaşılan şəkillərlə bağlı diqqətli olun. Onların stereotipləri qüvvətləndirmədiyindən əmin olun.
• Stiqmalı insanlarla xəbərlər və sosial media vasitəsilə və ya fərdi şəkildə təmasda olmaq.
• Səhiyyə işçilərinə və ilk müdaxilə komandalarına təşəkkür etmək. COVID-19-un yayıldığı ərazilərə səyahət etmiş insanlar misilsiz xidmət göstərərək bu xəstəliyin daha çox yayılmadığında kömək ediblər.
• Çindən qayıdan və ya virusun təsir etdiyi ərazidə olan dostları və ya yaxınları barədə narahat olan insanlar üçün sosial dəstəyə ehtiyac olduğunu paylaşmaq.