COVID-19 səbəbindən ağır xəstələnmə riski altında olan insanlar

COVID-19-a yüksək yoluxma riskiniz varsa, aşağıdakıları etməlisiniz:

  • Xüsusi ehtiyac olmadıqda evinizi tərk etməkdən çəkinin.
  • Özünüzlə başqaları arasında məsafə saxlamaq üçün gündəlik ehtiyat tədbirləri görün.
  • Kifayət həcmdə ərzaq və qeyri-ərzaq mallarını.
  • Evdən çıxanda xəstə olanlardan uzaq durun, yaxın təmasları məhdudlaşdırın və əllərinizi tez-tez yuyun.
  • Digər şəxslərdən mümkün qədər uzaq durun.
  • Təyyarə, ictimai nəqliyyat və digər növ səyahətlərdən və vacib olmayan səfərlərdən çəkinin.
  • Əhali arasında COVID-19 yayılması zamanı, yoluxma riskini azaltmaq üçün mümkün qədər evdə qalın.

Kimlərdə xəstələnmə riski daha yüksəkdir?
COVID-19-un ilk başlandığı Çindən verilən ilkin məlumatlara görə bəzi insanların bu xəstəliyə yoluxma riski yüksəkdir:

  • Ahıl yaşda olan insanlar
  • Aşağıdakı xroniki xəstəlikləri olan insanlar:
  • Ürək xəstəliyi
  • Diabet
  • Ağciyər xəstəliyi
  • Əhali arasında COVID-19 xəstəliyinə yoluxma baş verərsə, bu uzun müddət davam edə bilər. Xəstəliyin yayılmasının nə dərəcədə geniş olduğundan asılı olaraq, səhiyyə işçiləri insanların COVID-19-a yoluxma riskini azaltmaq məqsədilə müvafiq qabaqlayıcı tədbirlər tövsiyə edə bilərlər. Bu hərəkətlər yayılmanı ləngidə və xəstəliyin təsirini azalda bilər.

Yaşınıza və ya uzun müddət əziyyət çəkdiyiniz xroniki xəstəliyiniz olduqda, COVID-19 virusuna yoluxma nəticəsində xəstəliyin sizdə gedişatı ağır ola bilər. Yoluxma riskini azaltmaq üçün müvafiq önləyici tədbirlər görməyiniz çox vacibdir.

Əgər sizdə ciddi xəstəlik riski varsa

COVID-19-la bağlı yüksək xəstəlik riski olan insanlar hətta xəstəlik yüngül olsa belə, həkimə müraciət etməlidirlər. Ürək, ağciyər və ya diabet kimi xroniki xəstəlikləri olanlar və yaşlılar COVID-19 xəstəliyi törətdiyi ağır fəsadların inkişafına görə daha yüksək risk altdındadırlar.

Əgər siz çox xəstəsinizsə, yardım üçün təcili həkimə müraciət edin.

Əgər sizdə COVID-19-a dair ağır xəbərdaredici əlamətlər inkişaf edirsə təcili həkimə müraciət edin. Ağır xəbərdaredici əlamətlər aşağıdakılardır*:

  • Çətinləşmiş tənəffüs və ya təngnəfəslik
  • Sinədə daimi ağrı və təzyiq
  • Yeni əmələ gəlmiş çaşqınlıq, təşviş və yuxululuq (yuxudan oyana bilməmək)
  • Üz və ya dodaqların göyərməsi

* Bu siyahı bütün əlamətləri əhatə etmir. İstənilən digər ciddi əlamətlərlə baglı lütfən, həkiminizlə məsləhət edin.

COVID-19-a qarşı indidən hazır olun
Lazımi dərmanlar, ərzaq və qeyri-ərzaq mallarının ehtiyatını yaradın
o Əhali arasında COVID-19 xəstəliyi yayılarsa və uzun müddət evdə qalmağınız lazım olarsa, əvvəlcədən həkiminizlə əlaqə saxlayın və hansı əlavə zəruri dərmanların əldə edilməsi barədə soruşun.
o Əlavə dərman əldə edə bilmirsinizsə, internet mağazalardan sifariş edin və ya evə çatdırma xidmətlərindən faydalanın.
o Qızdırma (yüksək hərarət) və digər simptomları müalicə etmək üçün yetərincə dərman və tibbi ləvazimatların olduğuna əmin olun (salfetlər və s.). Əksər insanlar ev şəraitində qrip və soyuqdəymə kimi xəstəliklərdə olduğu kimi, COVID-19 xəstəliyini müalicə edə biləcəklər.
o Bir müddət evdə qalmağa hazır olmağınız üçün kifayət qədər məişət əşyaları və ərzaq məhsulları əldə edin.

Gündəlik ehtiyat tədbirləri görün
o Xəstə insanlarla yaxın təmasdan qaçın
• Gündəlik profilaktik tədbirlər görün
• Əllərinizi tez-tez yuyun
• Xüsusən də öskürdükdən, asqırdıqdan və və ya ictimai yerdə olduqdan sonra əllərinizi tez-tez sabun və su ilə ən azı 20 saniyə ərzində yuyun.
• Sabun və su olmadıqda, tərkibində ən az 60% spirt olan əl üçün təmizləyici (dezinfeksiyaedici) vasitədən istifadə edin.
• İctimai yerlərdə ən çox toxunulan səthlərə mümkün qədər toxunmayın (lift düymələri, qapı tutacaqları (qulpları), sürahilər, insanlarla əl-ələ vermək və s.). Nəyəsə toxunmalısınızsa, əlinizi və ya barmağınızı köynəyin qolu ilə örtün.
• İctimai yerlərdə səthlərə toxunduqdan sonra əllərinizi yuyun.
• Üzünüzə, burnunuza, gözlərinizə və s. toxunmaqdan çəkinin.
• Mikrobları yox etmək üçün evinizi təmizləyin və dezinfeksiya edin, tez-tez toxunulan səthləri müntəzəm olaraq təmizləyin (məsələn: masalar, qapı tutacaqları, elektrik açarı, qulplar, yazı masaları, tualet, kranlar və mobil telefonlar)
• İnsan kütləsi olan, xüsusilə pis havalandırılan yerlərdə durmayın. Qapalı, pis havalandırılan yerlərdə xəstə olan insanlar varsa, COVID-19 kimi tənəffüs yollarının xəstəliklərinə səbəb olan viruslara məruz qalma riski artmış olur.
• Təyyarə səfərləri, gəmi kruizləri də daxil olmaqla bütün vacib olmayan ölkədaxili və ölkəxarici səyahətləri dayandırın.
• Əgər COVID-19 əhali arasında yayılıbsa, bu yeni virusa məruz qalma riskini daha da azaltmaq üçün özünüzlə digər insanlar arasında məsafə qoymaq üçün əlavə tədbirlər görün.
o Mümkün olduğu qədər evdə qalın.
• Ailə üzvləri, sosial xidmətlər və ya ticarət şəbəkələri tərəfindən ərzaq və qeyri-ərzaq məhsullarının evinizə çatdirilmasını təmin etməyə çalışın.

Xəstələnmə halı üçün müvafiq plana malik olun:
o COVID-19 əlamətləri haqqında məlumat almaq və sağlamlıq durumunuzu izləmək üçün həkiminizlə məsləhətləşin.
o Telefon və ya e-poçt vasitəsi ilə digər şəxslərlə əlaqə saxlayın. Xəstə olduğunuz zaman dostlarınızdan, ailənizdən, qonşularınızdan, səhiyyə işçilərindən və s. kömək istəyə bilərsiniz.
o Sizə kömək edəcək şəxs xəstələnsə, onu əvəz edə biləcək şəxsi müəyyənləşdirin.

Xəstələndikdə nə etməli?
Evdə qalın və həkiminizə zəng edərək simptomlarınız barədə ona bildirin. Ona COVID-19-a yoluxduğunuzu və ya yoluxa biləcəyinizi söyləyin. Bu, onlara sizə qayğı göstərməyə və digər insanlara yoluxmaqdan qorumağa kömək edəcəkdir. Xəstəxanaya yerləşdiriləcək dərəcədə xəstə deyilsinizsə, evdə müalicə oluna bilərsiniz.

Ailə dəstək və qayğı dəstəyi

  • Yaxın (doğma) insanın hansı dərmanları qəbul etdiyini öyrənin və ehitiyat üçün həmin dərmanlardan əlavə alın.
  • Qida məhsulları və tibbi ləvazimatlara olan ehtiyacı müəyyən edin və tükənməməsi üçün əlavə əldə edin (məs., oksigen balonu, sidik qaçırma halları zamanı istifadə edilən bezlər, dializ üçün ləvazimatlar, xronik yaralara qayğı üzrə məlhəmlər və s.).
  • Mağazaya gediş-gəlişi minimuma endirmək üçün tez xarab olmayan ərzaq məhsullarının ehtiyatını evdə yaratmağa çalışın.
  • Yaxın (doğma) insana qulluq edirsinizsə, vəziyyəti nəzarət altında saxlayın, xəstəliyin yayılmasının qarşısını almaq üçün müvafiq təlimatlara (evdə karantin) riayət edin, tibb işçiləri ilə tez-tez məsləhətləşin.

Digər əhali qrupları ilə bağlı tez-tez verilən suallar:

Hamilə qadının koronavirus yoluxma riski nə qədərdir? Hamilə qadınlar bu xəstəliyə daha asan yoluxur? Yoluxduqları təqdirdə digərlərindən daha ağır keçirir?

Hazırda hamilə qadınların digərləri ilə müqayisədə COVID-19-a yoluxma şanslarının daha yüksək olub-olmadığı və ya daha ağır keçirib-keçirmədikləri məlum deyil. Hamilə qadınlar yaşadıqları fizioloji dəyişikliklər onların bəzi infeksiyalara yoluxma risklərini artıra bilər. COVID-19 tipli eyni növdən olan viruslara və ya qrip kimi digər tənəffüs yoluxucu infeksiyalara yoluxmuş qadınlarda xəstəliyin ağırlaşma riski daha yüksəkdir. Buna görə də hamilə qadınların həmişə özlərini xəstəliklərdən qorumaları şərtdir.

Hamilə qadınlar koronavirusdan necə qoruna bilərlər?

Hamilə qadınlar da infeksiyadan qorunmaq üçün bütün digər insanların etdiklərini etməlidirlər. Aşağıdakı tədbirləri görməklə COVID-19-un yayılmasının qarşısını almağa kömək edə bilərsiniz.

  • Öskürən zaman ağzınızı tutun (yaxşı olar ki dirsəyinizlə)
  • Xəstə insanlarla təmasdan çəkinin
  • Əllərinizi sabunla tez-tez yuyun və alkoqol əsaslı əl dezinfeksiyaedici məhlullardan istifadə edin

COVID-19 hamiləlik üçün problemlərə yol aça bilər?

Hazırda COVID-19-un hamiləlik müddətində və ya doğuşdan sonra uşağın səhhətində problemlərə səbəb olub-olmaması haqqında məlumat yoxdur.

COVID-19 hamilə qadından dölə və ya yenidoğulmuş körpəyə keçə bilər?

Koronavirusa yoluxmuş hamilə qadının hamiləlik və ya doğuş zamanı virusu dölə və yenidoğulmuşa keçirib keçirmədiyi haqda məlumat yoxdur. Koronavirusa yoluxmuş hamilələrin dünyaya gətirdikləri körpələrdə COVID-19 aşkarlanmayıb. Çox az sayda olan belə hallarda, amniotik maye və ya ana südündən götürülmüş nümunələrdə virus aşkar edilməyib.

Qadın hamiləlik müddətində koronavirusa yoluxarsa, körpəyə zərəri olar?

Hazırda bu virusa yoluxmuş hamilə qadının körpəsinə hər hansı risk olub-olmadığı məlum deyil. Hamiləlik müddətində COVID-19-a yoluxmuş qadınların hamiləliyində və ya (məsələn vaxtından əvvəl doğuş zamanı) dünyaya gətirdikləri körpələrdə çox az sayda problem aşkarlanıb. Bununla belə bu halların anada olan infeksiya ilə əlaqəli olub-olmadığı bəlli deyil.

Ana südü ilə COVID-19 - a yoluxma mümkündür?

COVID-19-un nə cür yayıldığı barədə məlumat çox azdır. Xəstəliyin insandan insana ötürülməsi, xəstəliyə yoluxmuş şəxsin tənəffüs damcıları ilə birbaşa təmas yolu ilə ötürüldüyü zaman baş verir. Eynilə qrip və digər tənəffüs patogenlərinin yayıldığı kimi. COVID-19 və başqa koronavirus infeksiyası, Ağır Kəskin Respirator Sindromu (Severe acute respiratory syndrome SARS-CoV) diaqnozu qoyulan qadınlar üzərində aparılan məhdud tədqiqatlar zamanı virusun ana südündə aşkarlanması hallarına rast gəlinməyib. Ancaq COVID-19 diaqnozlu anaların virusu ana südü ilə ötürə biləcəyini bilinmir.

Ana südü bir çox xəstəliklərdən qoruyur. Ana südü və ya sağılmış ana südü ilə qidalanmanın tövsiyə edilmədiyi nadir istisnalar var.

Doğuşdan dərhal sonra qripi olan anaya virusu körpəsinə ötürməmək üçün müvafiq tədbirlər görməklə yanaşı, körpəsini ana südü və ya sağılmış ana südü ilə qidalandırması tövsiyə edilir. Ana südü ilə qidanlandırmağa başlamaq və ya davam etdirmək tibb işçiləri ilə məsləhətləşmədən sonra olmalıdır. COVID-19 aşkarlanan və ya xəstəlik simptomları olan bir ana, körpəsinə virusun ötürülməməsi üçün mümkün olan bütün tədbirləri görməlidir. Körpəyə toxunmadan əvvəl əllərini yumalı və əmizdirərkən qoruyucu maska geyməlidir. südün əllə və ya elektrik vasitə ilə sağılması zamanı ana öncədən əllərini yumalı və hər istifadədən sonra elektrik nasosun düzgün təmizlənməsi qaydalarına əməl etməlidir. Mümkünsə körpəyə sağılmış ana südü verə biləcək birini yardıma çağırın.