COVID-19 xəstəliyinin yayılması ilə bağlı evdə görülməli hazırlıqlar

Ailəm və mən COVID-19 virusuna necə hazır olmalıyıq?

Yaşadığınız icmada COVID-19 virusunun yayılması halında özünüzün və ətrafdakı insanların sağlamlığını qorumaq üçün müvafiq profilaktik tədbirlər planına uyğun hərəkət edin. Bu məqsədlə Koronavirusla mübarizəyə dair informasiya portalında yerləşdirilmiş məlumatlarla mütəmadi tanış olur, qaynar xətt nömrələri ilə ətraflı məlumat əldə edin.

  • Planınıza daxil edilməli olan insanlarla danışın və icmanızda COVID-19 koronavirusun yayılması baş verərsə nə edəcəyinizi müzakirə edin.
  • Bundan başqa virusdan qaynaqlanacaq fəsadlara daha çox riski olanlara, xüsusən ahıl yaşlı insanlara, ürək, ağciyər və ya böyrək xəstəlikləri kimi xroniki xəstəliyi olanlara qayğı göstərməyin yollarını planlaşdırın.
  • Evdə uzun müddət qalmağınız zəruri olduğu halda, bir neçə həftəlik dərman və ləvazimatınızın olduğundan əmin olun.
  • Qonşularınızla tanış olun və onlarla daim ünsiyyət yaratmaq üçün bir sosial media səhifəsi və ya whats-up qrupu yaradın.
  • Məlumat, səhiyyə xidmətləri, sosial dəstək xidmətlərə ehtiyacınız olduqda sizin və ailənizin əlaqə saxlaya biləcəyi yerli təşkilatların siyahısını və onların əlaqə məlumatlarını əldə edin, siyahı düzəldin və tanışlarınızla paylaşın.
  • Eyni zamanda ailə üzvlərinizin, dostlarınızın, qonşularınızın, taksi sürücülərinin, tibb işçilərinin, müəllimlərin, yerli səhiyyə qurumlarının və digər müvafiq təşkilatların siyahısını yaradın.

COVID-19 virusuna yoluxmaq riskini azaltmaq üçün ailəm hansı addımları ata bilər?

  • Yoluxma riskini azaltmaq məqsədilə gündəlik profilaktik tədbirlərə özünüz riayət edin və evdəki hər kəsi buna təşviq edin. Bu tədbirlər yaşlı insanlar və ağır xroniki xəstəliyi olan insanlar üçün xüsusilə vacibdir:
  • Xəstə insanlarla yaxın təmasdan çəkinin.
  • Xəstə olarkən, tibbi yardıma müraciət etmə istisna olmaqla evdə qalın.
  • Öskürdükdə və ya asqırdıqda ağzınızı salfet və ya dəsmalla örtün və işlətdikdən sonar zibil qutusuna atın.
  • Əllərinizi tez-tez sabun və su ilə ən azı 20 saniyə yuyun, xüsusən də burnunuzu sildikdən, öskürdükdən və ya asqırdıqdan, ayaqyoluna getdikdən sonra; həmçinin yemək yeməzdən və ya yeməyi hazırladıqdan öncə
  • Sabun və su olmadıqda, ən azı 70% spirt olan əl təmizləyici vasitədən istifadə edin. Əlləriniz çirklidirsə əllərinizi həmişə sabun və su ilə yuyun.
  • Tez-tez toxunan səthləri və əşyaları təmizləyin və dezinfeksiya edin (məsələn, masalar, elektrik açarlar, qapı, şkaf tutacaqları və sair).

Evdə COVID-19–a yoluxmuş xəstə varsa nə etmək lazımdır?
COVID-19 yoluxan insanların çoxu evdə sağala bilər. Mövcud tövsiyələrə əsasən evdə müalicə alan və onlara qulluq edən şəxslər üçün tövsiyələri:
Xəstə olarkən, tibbi yardım almaq üçün müraciət istisna olmaqla evdə qalın. Özünüzdə COVID-19 virusu ilə bağlı təhlükəli əlamətləri hiss etdikdə dərhal tibbi yardım üçün müraciət edin.

Böyük yaşlı şəxslərdə xəstəliyin inkişafı ilə bağlı mühüm əlamətlər

  • Çətinləşmiş tənəffüs və ya təngnəfəslik
  • Sinədə daimi ağrı və təzyiq hissi
  • Yeni əmələ gəlmiş çaşqınlıq, təşviş və yuxululuq (yuxudan oyana bilməmək)
  • Üz və ya dodaqların göyərməsi

* Bu siyahıda bütün əlamətlər qeyd edilməyib. İstənilən digər ciddi əlamətlərlə baglı lütfən, həkiminizlə məsləhət edin. Həmçinin nəzərə alın ki, insanların təxminən 20-30%-də xəstəlik simptomları müşahidə edilməyə də bilər. 

  • Xəstə ailə üzvləri üçün ayrı otaq və ayrı vanna otağı istifadə edin (mümkündürsə).
  • Əlinizi mütəmadi olaraq sabun və su ilə yuyun və ya ən azı 60% spirt əsaslı əl təmizləyici vasitədən istifadə edin.
  • COVID-19-un başqalarına yayılmasının qarşısını almaq üçün xəstə olan ailə üzvünə təmiz birdəfəlik istifadə üçün nəzərdə tutulan üz maskaları verin
  • Xəstə yatdığı otağı və vanna otağını təmizləyin, xəstə insanla lazımsız təmasdan çəkinin.
  • Qab-qacaq, yemək və içki kimi şəxsi əşyaları paylaşmaqdan çəkinin.

Övladınızın getdiyi məktəb, hər hansı bir uşaq müəssisəsi və ya ali təhsil ocağı fəaliyyəti dayandırdığı halda nə etmək lazımdır?

  • Təhsil müəssisələrinin (məktəb, universitet və s.) fəaliyyətinin dayandırılması ilə bağlı ətraflı məlumat əldə etmək üçün Təhsil Nazirliyi və ya konkret təhsil müəssisəsi ilə əlaqə yaradın, təhsilin alternativ formaları barəsində soruşun.
  • Uşağınız bir kollecdə və ya universitetdə oxuyursa, onları COVID-19 virusu ilə mübarizə sayəsində həmin müəssisəsinin həyata keçirdiyi planı ilə tanış olmağa təşviq edin.

* Koronavirusla mübarizə ilə bağlı Nazirlər Kabineti yanında operativ qərargahının qərarı ilə Azərbaycan təhsil müəssisələrində təhsil dayandırılıb. Təhsil Nazirliyi və digər müvafiq qurumlar elektron təhsil sistemlərinin tətbiqinə başlayıb və bu istiqamətdə işləri genişləndirir. 

COVID-19 virusuna qarşı iş yerimdə hansı hazırlıq işləri görə bilərəm?
İş yerinizdə baş verə biləcək dəyişiklikləri planlaşdırın. Rəhbərinizlə tibbi arayış və evdən işləmək kimi seçimlər də daxil olmaqla müəssisənin fövqəladə fəaliyyət planı barədə söhbət edin. Müəssisə rəhbərliyindən COVID-19-ə necə hazırlaşdığını və onunla necə mübarizə apardığını öyrənin, müvafiq mərkəzi dövlət orqanlarının təlimatlarını oxuyun və onlara riayət edin.

COVID-19-dan qorunmaq üçün sabun, su və ya əl dezinfeksiya edici vasitələrdən istifadə etməliyəm?
Əllərinizi tez-tez sabun və su ilə ən azı 20 saniyə ərzində yuyun, xüsusən də burnunuzu sildikdən, öskürdükdən və ya asqırdıqdan, ayaqyoluna getdikdən sonra. Həmçinin qida qəbulundan və ya qidanı hazırlamaqdan öncə. Sabun və su olmadıqda, ən azı 70% spirt tərkibli əl təmizləyici vasitədən istifadə edin.

COVID-19-dan qorunmaq üçün hansı təmizləyici vasitələrdən istifadə etməliyəm?
Masalar, qapılar, elektrik açarları, mətbəxtdə olan düz səhtləri, tutacaqlar, telefonlar, klaviatura, güzgü önündə olan masaları, su kranı və çanaqlar kimi tez-tez toxunan səthləri təmizləyin və dezinfeksiya edin. Səthlər çirklidirsə, dezinfeksiya olunmadan əvvəl yuyucu və ya sabun və su istifadə edərək təmizləyin. Dezinfeksiya etmək üçün ölkədə qeydiyyatdan keçmiş və ən çox yayılmış məişət dezinfeksiyaediciləri yararlı olacaq.

Yaşadığım ərazidə virus yayılarsa nə etmək lazımdır?
Bu zamanı sakit olun və hazırlıq planını həyata keçirin. Aşağıda göstərilən təlimatlara riayət edin:

  • Özünüzü və başqalarını qoruyun.
  • Xəstəsinizsə, evdə qalın. Xəstə olan insanlardan uzaq durun. Mümkün qədər başqaları ilə sıx əlaqəni məhdudlaşdırın (təxminən 2 metr).
  • Evinizdə müvafiq hazırlıq işlərini görün.
  • Olduğunuz ərazidə COVID-19 virusu ilə bağlı vəziyyətlə maraqlanın, məlumat toplayın. Bölgənizdə müvəqqəti dərslərin dayandırılmasından xəbər tutun, çünki bu, ailənizin gündəlik rejiminə təsir göstərə bilər.
  • Gündəlik profilaktik tədbirlər görməyə davam edin. Öskürək və asqıraq zamanı ağzınızı salfet və ya dəsmalla örtün və əllərinizi tez-tez sabun və su ilə ən azı 20 saniyə yuyun. Sabun və su olmadıqda, ən azı 60% spirt əsaslı əl təmizləyici vasitədən istifadə edin. Hər gün adi məişət yuyucu və su istifadə edərək tez-tez toxunan səthləri və əşyaları təmizləyin.
  • Normal iş qrafiki dəyişirsə, iş yerinizi ən qısa müddətdə xəbərdar edin. Əgər siz və ya ailənizdə kimsə COVID-19 əlamətləri varsa, və ya uşağınızın məktəbi müvəqqəti olaraq fəaliyyətini dayandırıbsa evdən işləməyinizi və ya məzuniyyət götürməyinizi xahiş edin.
  • Telefon və ya e-poçtla başqaları ilə əlaqə saxlayın. Əgər sizin xroniki xəstəliyiniz varsa və tək yaşayırsınızsa, ailənizdən, dostlarınızdan və tibb işçilərindən virus yayılması halında sizi yoxlamağı xahiş edin. Ailəniz və dostlarınızla, xüsusən virusla bağlı fəsadların inkişaf riski daha çox olan yaşlılar və xroniki xəstə insanlarla daim əlaqədə olun.

Yaşadığınız icmada (şəhər, kənd və ya qəsəbədə) COVID-19-un yayılması halında uşaqları necə qoruya bilərəm?
Virusun yayılması ilə bağlı vəziyyət böyüklər və uşaqlar üçün stresli ola bilər. Uşaqlarınızla virusun yayılması barədə danışın, sakit olmağa çalışın və təhlükəsiz olduqlarına inandırın. Əgər mümkünsə, onlara, COVID-19 virusundan qaynaqlanan xəstəliklərin əksəriyyətinin yüngül keçdiyini izah edin. Uşaqlar stresli vəziyyətlərə böyüklərdən fərqli reaksiya verirlər.

Yaşadığınız icmada (şəhər, kənd və ya qəsəbədə) COVID-19-un yayılması halında uşaqların müdafiəsi üçün valideyinlər hansı addımlar atmalıdırlar?
Bu yeni bir virusdur və hələ bu barədə öyrənilir. Amma bu günə qədər uşaqlar arasında bu xəstəlik elə də çox müşahidə olunmayıb. Bir çox xəstəlik, o cümlədən ciddi xəstəliklər adətən, əmək qabiliyyətli və ahıl yaşlı insanlarda baş verir. Yaşadığınız ərazidə bu kimi hallar barədə məlumatlı olun. Təhsil müəssisələrində dərslərin dayandırılması və yenidən başlanması barədə məlumatları bu məlumat portalından və ya Nazirlər Kabinetinin internet saytından (www.nk.gov.az) və ya yerli KİV-lərdən izləyin. Məktəblər müvəqqəti olaraq fəaliyyətini dayandırdığı üçün ehtiyac olduğu təqdirdə, elektron təhsil imkanlarından, kiçik yaşlı uşaqlar üçün isə alternativ uşaq baxımı mərkəzlərindən istifadə edin. Təhsil prosesindən geri qalmamaq üçün məktəb tapşırıqlarının evdən yerinə yetirilməsi barədə müəllimlərlə danışın. Cəmiyyətdə COVID-19 yayılmasını yavaşıltmaq üçün dərslərin dayandırılması zamanı uşaqları və yeniyetmələri digər ictimai yerlərdə toplaşmaqdan çəkindirin.

Təhsil müəssisələrinin fəaliyyəti hansı müddətə dayandırılır?
Vəziyyətdən asılı olaraq, səhiyyə işçiləri COVID-19 yayılmasını azaltmaq məqsədilə bir sıra sosial təcrid tədbirlərinin görülməsini tövsiyə edir ki, dərslərin dayandırılması da bunlardan biridir. Məktəblərin və universitetlərin fəaliyyətinin dayandırılması virusun yayılmasını azaltdığı artıq məlumdur. Məktəblər müvəqqəti olaraq dayandırılmış olduğu üçün şagirdləri və təhsil müəssisələrinin işçilərini evdə, restoranlarda və ya ticarət mərkəzlərində bir yerdə toplaşmasına və ya ictimailəşməsindən çəkindirin.

İcmada virus yayıldığı halda işə getməliyəm?
Yerli səhiyyə orqanları və müvafiq mərkəzi icra hakimiyyəti orqanının təlimatlarına və tövsiyələrinə əməl edin. Ciddi zərurət yaranmadıqda evdən çıxmayın. Evdən işləmək barədə rəhbərinizlə danışın, ailənizdən kimsədə COVID-19 xəstəliyinin əlamətləri varsa və ya uşağınızın məktəbində dərslər müvəqqəti olaraq dayanıbsa, məzuniyyət göturmək barədə rəhbərlik ilə danışın. Rəhbərlər belə fövqəladə vəziyyətdə bir çox işçinin öz xəstə uşaqlarına və ya digər ailə üzvlərinə baxmaq üçün evdə qala biləcəyini anlaşıqlıqla qarşılayır.