Hal-hazırda 2019 koronavirus xəstəliyinin (COVID-19) qarşısını alacaq peyvənd mövcud deyil. Xəstəliyin qarşısını almağın ən yaxşı yolu bu virusla kontaktda olmamaqdır.
Yaşlılar və ürək, ağciyər xəstəlikləri və ya diabet kimi ağır xroniki xəstəliklərdən əziyyət çəkən insanların COVID-19 xəstəliyinin daha ciddi fəsadlarıyla qarşılaşma riski daha yüksəkdir. Özünüzü qorumaq üçün ata biləcəyiniz əlavə addımlar barədə tibb personalı ilə məsləhətləşin.
Özünüzü qorumaq üçün tədbirlər görün
Əllərinizi tez-tez yuyun
- Xüsusilə ictimai yerlərdə olduqdan sonra, həmçinin, burnunuzu təmizlədikdən, öskürdükdən və asqırdıqdan sonra əllərinizi ən azı 20 saniyə sabun və su ilə yuyun.
- Sabun və su olmadıqda, tərkibində ən az 70% spirt olan əl təmizləyici vasitədən istifadə edin. Əlinizin hər tərəfini təmizləyici vasitə ilə quruyana qədər sürtün.
- Yuyulmamış əllərinizi gözlərinizə, burnunuza və ağzınıza vurmayın.
Yaxın təmasdan qaçın
- Xəstə insanlarla yaxın kontaktdan qaçın.
- Yaşadığınız ərazidə COVID-19 yayılırsa insanlarla aranızda məsafə saxlayın. Bu yüksək yoluxma riski olan şəxslər üçün xüsusilə vacibdir.
Başqalarını qorumaq üçün addımlar atın
Özünüzü piss edirsinizsə evdə qalın
- Xəstəsinizsə, tibbi yardım almaq halları istisna olmaqla, evdə qalın. Xəstə olduğunuz halda nələr etməli olduğunuzu öyrənin.
- Öskürərkən və asqırarkən ağzınızı qapayın
- Öskürərkən və asqırarkən ağzınızı və burnunuzu dəsmalla, yaxud dirsəyinizin iç tərəfi ilə qapayın.
- İşlənmiş cib dəsmallarını zibil qutusuna atın.
- Əllərinizi dərhal ən az 20 saniyə sabun və su ilə yuyun. Sabun və su olmadıqda, tərkibində ən az 70% spirt olan əl təmizləyici vasitədən istifadə edin.
Xəstələnmisinizsə, tibbi maska geyinin
- Xəstəsinizsə: Ətrafınızda başqa insanlar olduqda (otaqda, nəqliyyatda və s.) yaxud klinikaya daxil olərkən tibbi maska geyinməlisiniz. Əgər maska geyinə bilmirsinizsə (nəfəs alma problemləri yaşayırsınızsa) hər dəfə öskürərkən və asqırarkən mütləq ağzınızı və burnunuzu qapamalısınız. Eyni zamanda, qayğınıza qalan şəxslər sizin otağınıza daxil olarkən tibbi maska geyinməlidirlər. Xəstə olduqda nə edəcəyinizi öyrənin.
- Əgər xəstə deyilsinizsə: Bir tibbi maska geyinə bilməyən xəstə şəxsin qayğısına qalmırsınızsa sizin maska geyinməyinizə ehtiyac yoxdur. Çoxsaylı yoluxmalar zamanı tibbi maska qıtlığı yaşana bilər və az sayda olan maskalar xəstəyə baxanlar üçün daha vacibdir.
Təmizləyin və dezinfeksiya edin
- Gündəlik olaraq tez-tez toxunulan əşyaları və səthləri təmizləyin və dezinfeksiya edin. Bura masalar, qapı və digər tutacaqlar, açarlar, telefonlar, kompüter klaviaturası, güzgü önündə olan masaları, su kranı, mətbəx və hamam çanaqları və s. daxildir.
- Səthlər çirklidirsə təmizləyin: Dezinfeksiya etməzdən əvvəl yuyucu vasitələrdən, sabundan və sudan istifadə edin.
Dezinfeksiya etmək üçün:
Qeydə alınmış bir çox məişət dezinfeksiyaediciləri işə yarayacaq. Hər səth üçün uyğun olan dezinfeksiyaedicilərdən istifadə edin.
Seçimlərə daxildir:
- Məişət ağardıcısını suda həll etmək.
Ağardıcı məhlulu hazırlamaq üçün aşağıdakı kimi qarışdırın:
- Hər 1 litr su üçün 4 çay qaşığı ağardıcı istifadə etmək.
Ağardıcının istifadəsi və düzgün havalandırılması üçün istehsalçının təlimatlarına əməl edin. Məhsulun son istifadə tarixini yoxlayın. Məişət ağardıcısını heç vaxt ammonyak yaxud digər təmizləyicilərlə qarışdırmayın. Düzgün həll etdikdə, istifadə tarixi keçməmiş ağardıcı koronavirus əleyhinə effektiv olacaq.
Spirt məhlulları.
- Məhlulun ən azı 70 faizinin spirt olmasına diqqət edin.