Həkimə zəng edin: əgər siz COVID-19-un təsirinə məruz qaldığınızı guman edirsinizsə və sizdə qızdırma, öskürək, tənəffüsün çətinləşməsi kimi simptomlar əmələ gəlibsə tibbi yardım üçün həkimə müraciyət edin.
Simptomlara nəzarət edin.
2019 koronavirus (COVID-19) ilə təstiq olunmuş xəstəlik halları yüngül simptomlardan başlayaraq ağır xəstəlik formaları və ölüm hallarınadək dəyişir. Aşağıdakı simptomlar virusa yoluxduqdan sonra 2-14 gün ərzində üzə çıxa bilər*.
- qızdırma
- öskürək
- çətinləşmiş tənəffüs
* Bu, əvvəllər peydə olmuş MERS-CoV virusunun inkubasiya dövründə aparılmış müşahidə və tədqiqatlara əsaslanır.