Koronavirus xəstəliyinin (COVID-19) təsdiq olunmuş halları yüngül simptomlardan başlayaraq ağır xəstəlik formaları və ölüm hallarınadək dəyişir.
Əgər siz COVID-19 virusunun təsirinə məruz qaldığınızı guman edirsinizsə və sizdə qızdırma, öskürək və tənəffüsün çətinləşməsi kimi simptomlar əmələ gəlibsə, tibbi yardım üçün həkimə müraciət edin.
Aşağıdakı simptomlar virusa yoluxduqdan sonra 2-14 gün ərzində üzə çıxa bilər*.
- qızdırma
- öskürək
- çətinləşmiş tənəffüs
Əgər xəstələnmisinizsə
Əgər COVID-19-a yoluxsanız və ya COVID-19-a səbəb olan virusa yoluxduğunuzdan ehtimal etsəniz, xəstəliyin evinizdə və icmada insanlara yayılmasının qarşısını almaq üçün müvafiq tədbirlər görməlisiniz.
Əgər COVID-19-a yoluxduğunuzu düşünürsüzsə, və ya sizdə öskürək və ya nəfəs almaqda çətinlik, qızdırma kimi simptomlar varsa, məsləhət almaq üçün həkiminizə müraciət edin.
Təlimatlara riayət edin. Əgər COVID-19-a yoluxmuş olduğunuz təsdiqlənibsə və ya virusa yoluxduğunuzu guman edirsinizsə, xəstəliyin ailənizə və ya ətrafdakılara yoluxmaması üçün aşağıdakı göstərişlərə əməl edin.
Tibbi yardım almaq halları istsna olmaqla, evdə qalın
- Evdə qalın: Koronavirusa yüngül yoluxmuş şəxslər xəstəlikləri müddətində ev şəraitində qala bilərlər. Bu zaman evinizdən kənardakı fəaliyyətinizi məhdudlaşdırın və tibbi yardım almaq istisna olmaqla, bayıra cıxmayın.
- İctimai yerlərdən uzaq olun: İşə, məktəbə və ya ictimai yerlərə vacib deyilsə getməyin.
- İctimai nəqliyyatdan istifadə etməyin: İctimai nəqliyyat, ortaq minik vasitələri və ya taxidən istifadə etməyin. Özünüzü evinizdəki digər insanlardan və heyvanlardan təcrid edin.
- Digər şəxslərdən uzaq durun: Mümkün olduğu qədər evinizdə xüsusi bir otaqda qalın və digər şəxslərlən uzaq durun. Bundan başqa əgər varsa ayrı hamamdan istifadə edin.
- Ev heyvanları ilə təması məhdudlaşdırın: COVID-19-a yoluxmusunuzsa ətrafınızdakı digər insanlarla olduğu kimi ev heyvanları və ya digər heyvanlarla təmasınıza da məhdudiyyət qoymalısınız. Ev heyvanları və ya digər heyvanların koronavirusa yoluxduğu faktı qeydə alınmasa da, bu virus haqqında daha çox məlumat əldə edilənədək COVID-19 aşkarlanmış şəxslərin heyvanlar ilə də təmasdan çəkinmələri məsləhət görülür.
- Əgər mümkünsə xəstə olduğunuz müddətdə heyvanlarınıza başqa şəxs qulluq göstərsin. COVID-19-a yoluxmusunuzsa, ev heyvanları ilə təmasdan, o cümlədən sığallamaq, yanınızda yatmaq, öpmək və ya yalamaq, qidanızı paylaşmaqdan çəkinin. Xəstə olduğunuz müddət ev heyvanınızın və ya ətrafınızdakı heyvanların qayğısına qalmaq məcburiyyətindəsinizsə, onlarla təmasdan öncə və sonra əllərinizi yuyun, qoruyucu maska taxın.
Xəstəsinizsə qoruyucu maska taxın
- Xəstə olduğunuz halda: Digər insanların və ya ev heyvanların əhatəsində olduğunuz zaman (məsələn eyni otaqda və ya minik avtomobilində) və tibb müəssisəsinə daxil olmazdan öncə tibbi maska geyinin, əllərinizlə əşyalara və digər şəxslərə toxunmaqdan çəkinin, əllərinizi ictimai yerlərə daxil olarkən spirt təkribli məhlullarla təmizləyin.
- Digərlərinin qayğısına qalırsınızsa: Əgər xəstə olan şəxs maska geyinə bilmirsə (tənəffüs çətinliyi və ya digər səbəbdən), o zaman həmin şəxslə yaşayan digər insanlar onunla eyni otaqda qalmamalı və ya eyni otağa daxil olan zaman maska taxmalıdır.
Şəxsi məişət əşyalarınızı paylaşmayın
- Paylaşmayın: Eyni qablardan, stəkan, fincan, yemək qablarından, dəsmallardan və ya yataqdan evinizdəki digər insan və ya ev heyvanları ilə birgə istifadə etməyin.
- İstifadədən sonra yaxşıca yuyun: Həmin əşyalardan istifadə etdikdən sonra, onları sabun və su ilə yaxşıca yuyun.
Xəstələndikdə nə etməli.
Hərarətiniz varsa (38°C və ya daha yüksək) və ya öskürür və nəfəs almaqda çətinlik çəkirsinizsə:
- Tibbi yardıma müraciət edin. Həkim müayinəsinə və ya təcili tibbi yardım müəssisəsinə getməzdən öncə zəng edib xəbərdarlıq edin, simptomlarınız və şübhələriniz barədə tibb işçisinə məlumat verin.
- Digər insanlarla təmasdan çəkinin.
Dializ kimi digər səbəblərə görə tibbi yardıma ehtiyacınız varsa, öncədən dializ aparan tibb müəssisəsinə və ya həkiminizə zəng edin və COVID-19 yayılmış ölkəyə yaxınlarda etdiyiniz səfər və ya yaşadığınız icmada COVİD-19 hallarının yayılması barədə məlumat verin.